Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:53

Azərbaycanda Facebook fəalı həbs edilib


Foto arxiv
Foto arxiv
Hazırda həbsdə olan Facebook istifadəçisi, dindar və filosov Rəşad Ramazanova qarşı külli miqdarda narkotik vasitələr saxlama və satma maddəsi ilə ittiham irəli sürülüb.
Nərimanov rayon məhkəməsi mayın 10-da onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
O, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılır.

Vəkilin Turana dediyinə görə,o mayın 9-u günorta saatlarında metronun “20” yanvar stansiyası yaxınlığında saxlanılıb.
Polisin məlumatına görə, ondan 9 qram heroin müsadirə edilib.
Amma Rəşad Ramazanov bu ittihamı rədd edir və hesab edir ki, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

Təqsiri sübuta yetirilərsə, o əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum edilə bilər.

“Rashad Heqiqet Ağaaddin” öz facebook səhifəsində din, azadlıq, ədalət mövzularında statuslar yazırdı.
XS
SM
MD
LG