Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:51

Gənc fəal İlkin Rüstəmzadə həbs olunacağından ehtiyatlanır


-
Mayın 16-da «Azad Gənclik» təşkilatının üzvü İlkin Rüstəmzadə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid kimi dindirilib.

O, N! DA Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin işi ilə bağlı ifadə verib.

Bu haqda AzadlıqRadiosuna dindirmədən sonra İlkin Rüstəmzadənin özü məlumat verib:

«İstintaq sirri olduğu üçün ətraflı danışa bilmərəm. Ancaq böyük ehtimalla məni həbs edəcəklər. Məndə belə təəssürat yaranıb».

İlkin Rüstəmzadənin dindirməsi mayın 17-də saat 10:00-da davam edəcək.

N!DA Vətəndaş Hərəkatının yeddi üzvü - Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara qarşı CM-in 228.3-cü maddəsi ilə ittiham irəli sürüb.

İlkin Rüstəmzadə ADNA qurbanlarının anım yürüşünə görə 15 sutka həbs olunmuşdu. O, dünən azadlığa çıxıb.
XS
SM
MD
LG