Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

Təhsil Nazirliyinin bir sıra əməkdaşı tutduqları vəzifədən azad olunublar


-
Şagirdlərin 1-ci sinfə qəbulu ilə bağlı prosedur qaydalarının kobud pozuntusuna görə Suraxanı rayonunda yerləşən 270 nömrəli məktəbin direktoru Talıb Rəhimov vəzifəsindən azad olunub.

Daxili işlər orqanlarına arayışın təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmuş Təhsil Nazirliyinin mühafizə polisinin əməkdaşı və Xaricdə Şagird, Tələbə, Aspirant və Staj keçənləri iş üzrə Şura Katibliyin bir əməkdaşı tutduqları vəzifədən azad olunublar.

Bundan başqa, tələbələrə qeyri-qanuni yolla kömək göstərməyə çalışmış Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin Qiyabi şöbəsinin müdiri A.Quliyeva tutduğu vəzifədən azad olunub.

Həmin kollecin direktoru və direktor müavini aşağı vəzifəyə keçiriliblər.

Təhsil Nazirliyi mətbuat xidmətinin mayın 16-da yaydığı məlumatda bildirilir ki, bütün bunlar vətəndaşların müraciətləri əsasında aparılmış araşdırma nəticəsində olub.
XS
SM
MD
LG