Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:59

«Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadənin şikayəti təmin olunmadı


-
Mayın 16-da Bakı Apellyasiya Məhkəməsində «Azad Gənclik» təşkilatının üzvü İlkin Rüstəmzadənin şikayətinə baxılıb.

Şikayət İlkin Rüstəmzadənin 15 sutka azadlıqdan məhrum edilməsi ilə bağlı qərardan olub. Şikayət təmin olunmayıb.

Bu haqda AzadlıqRadiosuna İlkin Rüstəmzadənin vəkili Nemət Kərimli məlumat verib.

Vəkil deyib ki, şikayətə həbs müddətində İlkin Rüstəmzadənin insan ləyaqətini alçaldan rəftara məruz qalması, saçının zorla qırxılması da əlavə olunubmuş. Ancaq Apelyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

İlkin Rüstəmzadə aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terrorun növbəti ildönümündə keçirilən yürüşdə tutulmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə 15 sutka azadlıqdan məhrum edilmişdi.
XS
SM
MD
LG