Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:22
.


PREZİDENTİN 7 MİLYON DOLLARA YAXIN SƏRVƏTİ VAR

ABŞ prezidenti Barack Obamanın 1.85 milyondan 6.88 milyon dollara qədər sərvəti var. Prezidentin sərvətinin 1 milyon dollardan 5 milyon dollara qədər hissəsi dövlətin qiymətli kağızlarındadır.

Mayın 14-də Ağ Evin rəsmi saytında prezidentin gəlirləri haqqında məlumat yayılıb. Sənəddə qeyd edilir ki, prezident və xanımı 2012-ci ildə 608 611 dollar qazanıblar. Bu da əvvəlki ildən azdır. Onlar gəlirlərinin azalmasını Barack Obamanın kitablarının satışının 2012-ci ildə aşağı düşməsi ilə izah ediblər.

Dövlət başçısının ən əsas gəlir mənbəyi isə ildə 400 000 dollara çatan əməkhaqqıdır.
Sənəddə prezident Obamanın Çikaqo şəhərindəki evi üçün bankdan aldığı ipoteka kreditinə görə 500 mindən 1 milyon dollara qədər borcu olduğunu yazıb.

VİTSE-PREZİDENTİN İSƏ 1 MİLYON DOLLARI...

ABŞ-ın vitse-prezidenti Joe Biden

ABŞ-ın vitse-prezidenti Joe Biden

ABŞ-ın vitse-prezidenti Joe Biden də öz sərvətini açıqlayıb. Ağ Evin saytında verilən məlumata görə vitse-prezident 439 031 dollardan 1.07 milyon dollara qədər sərvətə sahibdir.

Vitse-prezidentin borcu isə prezident Obamanın borcundan bir qədər çoxdur. Joe Biden-in banklara borcu 1.67 milyon dollara qədərdir. Onun 1 milyon dollara qədərini vitse-prezident evə görə ipoteka borcu alıb.

Şərhləri göstər

XS
SM
MD
LG