Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18
Kabildə beynəlxalq koalisiya qüvvələrinin maşın karvanına edilmiş hücumda 2 NATO əsgəri də daxil olmaqla azı 6 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

İntiharçı minalanmış Toyota Corolla markalı maşını hərəkət edən karvana çırpıb.
Əfqanıstanın daxili işlər naziri Qulam Muctaba ölənlərin çoxunun günahsız uşaqlar da daxil olmaqla dinc sakinlər olduğunu deyir.

Polis rəisi Ayoub Salangi həmçinin ətrafdakı binalara ciddi xəsarət dəydiyini deyir.

Hücuma görə cavabdehliyi “ Hizbi islami “ qrupu üzərinə götürüb.
Bu qrupa beynəlxalq terrorçular siyahısına salınmış Gulbuddin Hekmatyar başçılıq edir.

Taliban bu yaxınlarda yaz hücumuna keçdiyini bəyan etdikdən sonra ölkədə hücumların sayı artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG