Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:39

Amnesty International: «Azərbaycan hakimiyyəti tənqidi səslərdən qorxur»


Amnesty International
Amnesty International
-

Azərbaycan hakimiyyəti qarşıdakı prezident seçkilərindən tənqidi səsləri boğmaq üçün istifadə etməməlidir.

Bu haqda Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında bildirilir.

Təşkilat internetdə böhtana görə cinayət cəzasını nəzərdə tutan düzəlişlərin qəbulu ilə bağlı bildirib ki, bu dəyişikliklər icazəsiz dinc aksiyalarda iştiraka görə cəzaların artırılmasından sonra ifadə azadlığına növbəti hücumdur:

«Azərbaycan hakimiyyəti tənqidi səslərdən qorxur. Bu dəyişikliklər fikrin ifadə edilməsinin son məkanı olan İnterneti susdurmaq istəyidir».

Bunu təşkilatın Avropa və Mərkəzi Asiya proqramının direktor müavini David Diaz-Jogeix bildirib. Deyib ki, bununla da hakimiyyət prezident seçkiləri dövründə istənilən tənqidi boğmaq istəyir.

Bəyanatda bildirilir ki, İlham Əliyev hökuməti ifadə azadlığını məqsədyönlü şəkildə məhdudlaşdırır:

«Bu, güc, müxalifətçilərə və vətəndaş fəallarına fiziki təzyiqlərin göstərilməsi, qanunverici məhdudiyyətlərin qoyulması yolu ilə həyata keçirilir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG