Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:12

Xaçmazda qəzada 4 nəfər ölüb


Mayın 16-na keçən gecə Xaçmaz rayonunun Çarxı kəndində «VAZ» markalı minik avtomobili ilə «Qazel» markalı yük avtomobili toqquşub.

«VAZ» markalı maşının sürücüsü və 3 nəfər sərnişin hadisə yerində ölüb. Digər avtomobildə olan sürücü və sərnişin xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri «VAZ» markalı maşında sıxılmış vəziyyətdə qalan sürücünün meyitini çıxarıb.

Əməliyyat saat 02:49-da başa çatıb.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG