Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:50

İsmayıllı hadisələri ilə bağlı saxlanan 14 nəfərin həbs müddəti 3 ay uzadıldı


Arxiv foto: İsmayıllıda etiraz
Arxiv foto: İsmayıllıda etiraz
-

İsmayıllı hadisələri ilə bağlı saxlanan 14 nəfərin də həbs müddəti 3 ay uzadılıb.

Bu barədə mayın 15-16-da Nəsimi rayon məhkəməsi qərar qəbul edib.

2013-cü il yanvarın 23-24-də İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbi ilə etiraz aksiyası keçirilib.

Etirazlara rayondakı «Çıraq» otelinin iki əməkdaşının sərxoş vəziyyətdə yerli sakinləri təhqir etməsi səbəb gətirilir.

Həmin aksiya ilə əlaqəli 18 nəfər həbs olunub. Onlardan 14 nəfəri İsmayıllı sakini, 2 nəfər rayon sakini olmayan otel inzibatçısıdır.

Həbs olunalar arasında hadisələrdən bir gün sonra müşahidə üçün rayona gedən REAL Hərəkatının sədri İlqar Məmmədovla Müsavat başqanının müavini, «Yeni Müsavat» qəzetinin əməkdaşı Tofiq Yaqublu da var. Mayın 15-də onların həbs müddəti daha 3 ay uzadılıb.

İsmayıllı hadisələri ilə bağlı həbs olunanlar Cinayət Məcəlləsinin «külli miqdarda əmlakı məhv etmə», «kütləvi iğtişaşlar təşkil etmə, bu cür hərəkətlərdə fəal iştirak etmə» və «hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə» maddələri ilə ittiham olunurlar.
XS
SM
MD
LG