Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:53

«Azad Gənclik» təşkilatının üzvü İstintaq İdarəsinə çağırılıb


Mayın 16-da «Azad Gənclik» təşkilatının üzvü İlkin Rüstəmzadə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

İlkin Rüstəmzadənin AzadlıqRadiosuna verdiyi məlumata görə, müstəntiq İbrahim Ləmbəranski ona zəng edərək, saat 16.00-da idarədə olmasını tələb edib.

Müstəntiq onu şahid qismində çağırıb. O, «N!DA» Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin işi ilə bağlı ifadə verəcək.

İlkin Rüstəmzadə ADNA qurbanlarının anım yürüşünə görə 15 sutka həbs olunmuşdu, ötən gün azadlığa çıxıb.

«N!DA» Vətəndaş Hərəkatının yeddi üzvü - Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. İstintaqın iddiasına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar.
XS
SM
MD
LG