Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:26

3 ayda 543 minə yaxın şəxs ünvanlı sosial yardım alıb



Bu il aprelin 1-ə kimi ölkədə 123,3 min ailənin 542,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb.

İlin əvvəli ili müqayisədə yardımın təyin edildiyi ailələrin sayı təxminən 10 min azalıb və yardımın həcmi 1 manat artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sosial yadıma ehtiyacı olan hər kəs orta hesabla 26,8 manat alıb.

2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat müəyyənləşib. Bu rəqəm əməkqabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat olacaq.

Azərbaycanda ünvanlı sosial yardım 2006-cı ildən tətbiq edilir. Bu il 48,7 min ailə ünvanlı sosial yardım alıb. 2008-ci ildə bu göstərici 163,4 min, 2009-cu ildə 144,8 min, 2012-ci ildə 133 min təşkil edib.
XS
SM
MD
LG