Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:22

İçərişəhərdə beynəlxalq festival keçiriləcək


«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 18 May Beynəlxalq Muzeylər Günü münasibəti ilə «Canlı tarix» adlanan I Beynəlxalq festival keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə idarədən bildirilib.

Festivalda 20-dən artıq ölkə nümayəndəsinin iştirakı nəzərdə tutulub.

Festival iki gün ərzində, mayın 18-i və 19-u Qoşa Qala Qapısı Meydanında təşkil olunacaq.
Festivalın rəngarəng proqramında milli oyunlar, pantomima tamaşaları, milli rəqslər nümayiş olunacaq, meydan boyu festivalda iştirak edən ölkələrə məxsus müxtəlif dövrlərin milli geyimində olan obrazlar, əfsanəvi və xalq folkloru personajları iştirak edəcək.

18 May-Beynəlxalq Muzeylər Günü ilə əlaqədar hər il olduğu kimi ənənəvi «açıq qapı» günü də keçiriləcək. Həmin gün «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən muzey və tarixi abidələrə giriş ödənişsiz olacaq.

Festival hər gün saat 12:00-dan 20:00-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG