Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:50
-

Mayın 16-da İsveçin Malmö şəhərində «Eurovision-2013» Mahnı Müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Bu günkü yarımfinalda 17 ölkə iştirak edəcək. Bunlar Latviya, San-Marino, Makedoniya, Azərbaycan, Finlandiya, Malta, Bolqarıstan, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norveç, Albaniya, Gürcüstan, İsveçrə və Rumıniyadır.

Bu ölkələrdən 10-u finala vəsiqə qazanacaq.

Azərbaycan təmsilçisi Fərid Məmmədov səhnəyə 4-cü çıxacaq.

21 yaşlı Fərid Məmmədov «Malmö Arena»da yunan bəstəkarı Dimitrios Kontopoulos-un «Hold me» mahnısı ilə çıxış edəcək. Mahnı bir sevgi balladasıdır.

Mayın 15-də keçirilmiş birinci yarımfinalda 10 ölkə - Estoniya, Rusiya, Niderland, Belçika, Belarus, Moldova, Litva, Danimarka, Ukrayna və İrlandiya finala vəsiqə qazanıb.
Final mayın 18-də keçiriləcək.

«Eurovision - 2013» «The Butterfly» («Kəpənək») loqotipi və «We are one» («Biz birgəyik») şüarı ilə gerçəkləşir. Builki müsabiqədə 39 ölkə təmsil olunur.

Bundan əvvəlki müsabiqə Azərbaycanda keçirilmişdi. 2011-ci ildə «Ell & Nikki» duetinin Almaniyadakı qalibiyyəti ölkəyə bu hüququ qazandırmışdı.

Azərbaycan «Eurovision» Mahnı Müsabiqəsində 2008-ci ildən iştirak edir. Həmin il ölkəni Elnur HüseynovSamir Cavadzadə (8-ci yer), 2009-cu ildə Aysel TeymurzadəArash (3-cü yer), 2010-cu ildə Səfurə Əlizadə (5-ci yer), 2011-ci ildə Nigar CamalEldar Qasımov (1-ci yer), 2012-ci ildə Səbinə Babayeva (3-cü yer) təmsil ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG