Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

Rüşvətə heykəl qoyulur


Sankt-Peterburqda rüşvətə heykəl üçün təklif olunan layihələrdən biri.

Sankt-Peterburqda rüşvətə heykəl üçün təklif olunan layihələrdən biri.


Rusiyanın Sankt-Peterburq şəhərində rüşvətə heykəl qoyulması planlaşdırılır. Heykəlin forması ilə bağlı artıq müsabiqə elan edilib. RİA Novosti agentliyi yazır ki, müsabiqəyə təkcə Rusiyadan yox, Azərbaycan, Qazaxıstan və Ukraynadan da qatılanlar var.

Müsabiqəyə göndərilən 408 heykəl layihəsindən 18-i seçilərək mayın 14-də Sankt-Peterburqda sərgi salonunda nümayiş etdirilib.

Sərgi mayın 25-ə qədər davam edəcək. Mayın 28-də isə qalib elan ediləcək. Müasbiqənin mükafatı 305 000 rubldur (təxminən 10 000 ABŞ dolları).

Yekunda Rusiyanın tanınmış rəssamlarından ibarət jüri bir qalib layihə seçəcək. Təşkilatçı olan “Kladovaya Zdorovya” şirkəti isə həmin layihəyə uyğun olaraq Rusiyanın ikinci böyük şəhəri sayılan Sankt-Peterburqda rüşvətə heykəl ucaldılması üçün şəhər rəhbərliyinə müraciət edəcəklər.

Müsabiqənin əsas simvolu da Tazı balasıdır. Küçük bir simvol kimi Nikolay Qoqolun “Müfəttiş” pyesindən götürülüb. Bu əsərdəki kimi məmurların rüşvət olaraq küçük götürmələri XIX əsrdə qalsa da tazı balası Rusiyada rüşvətin simvoluna çevrilib.
XS
SM
MD
LG