Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:06

Pullu təhsil alan tələbələrlə bağlı nazirliyə müraciət olunacaq


Məleykə Abbaszadə sakinləri qəbul edir

Məleykə Abbaszadə sakinləri qəbul edir

-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ödənişli təhsil alan tələbələrin yay tətilində işlə təmin olunması üçün Gənclər və İdman Nazirliyinə müraciət edəcək.

Bunu mayın 15-də Gəncədə olan TQDK sədri Məleykə Abbaszadə deyib:

«Artıq dünyada ödənişli təhsil alan tələbələrin rəsmi işlə təmin olunması təcrübəsi var. Bunun bizim ölkədə də tətbiqi zəruridir».

Məleykə Abbaszadə mayın 15-də Gəncə və ətraf bir neçə rayonların sakinlərini qəbul edib.

Şikayətlərin çoxu ödənişli təhsillə bağlı olub. Komissiya sədrinə müraciət edən valideynlər illik təhsil haqqının yüksək olduğunu və bunu ödəməyə çətinlik çəkdiklərini deyiblər.

Komissiya sədri orta məktəblərdə fənn imtahanlarının sayı məsələsinə də toxunub. Deyib ki, hələlik bu sahədə dəyişiklik nəzərdə tutulmur.
XS
SM
MD
LG