Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:32

Tofiq Yaqublunun da həbs müddəti uzadıldı


-
Mayın 15-də Nəsimi rayon Məhkəməsi Müsavat başqanın müavini Tofiq Yaqublunun həbs müddətini daha 3 ay uzadıb.

Vəkil Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, məhkəmə qərarının heç bir hüquqi əsası yoxdur:

«Tofiq Yaqubla da məhkəmədə çıxışında dedi ki, məhkəmənin bu qərarı siyasi sifarişdir. O gec, ya da tez siyasi sifarişi icra edən bütün dövlət qurumlarını qul psixologiyasından azad edəcəklərinə əminliyini bildirib».

İsmayıllı hadisələrində günahlandırılaraq fevralın 4-də tutulan Tofiq Yaqublu Bakı İstintaq Təcridxanasında saxlanır.

Ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət) maddələri ilə ittiham irəli sürülüb.

Günahı sübuta yetirilərsə, Tofiq Yaqublunu 3 ildən 7 ilədək həbs gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG