Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

ARDNŞ iki amerikalı tələbənin xərcini ödəyəcək


-
Mayın 15-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar-la görüşüb.

ARDNŞ-dən AzadlıqRadiosuna verilən məlumata görə, görüşdə tərəflər «Önəmli Dil Təqaüdü (CLS) Proqramının Genişləndirilməsi Haqqında» razılaşma imzalayıblar.

CLS proqramını ABŞ Dövlət Departamenti maliyyələşdirir.

Razılaşmaya əsasən, ARDNŞ isə iki amerikalı tələbənin iştirakını maliyyələşdirəcək. Həmin tələbələrin bütün təhsil haqqı, səyahət xərcləri və digər inzibati xərcləri ARDNŞ ödəyəcək.

CLS ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət bürosunun ABŞ universitetlərinin tələbələri üçün təşkil etdiyi proqramdır. Bu proqram çərçivəsində 13 önəmli dil üzrə intensiv yay kursları təklif olunur. Seçim prosesi Amerika Beynəlxalq Təhsil Şuraları (American Councils) tərəfindən aparılır və ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət bürosu tərəfindən təsdiqlənir.
XS
SM
MD
LG