Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 16:30
Pakistanda keçmiş kriket oyunçusu İmran Khanın rəhbərlik etdiyi “Təhriki islam” partiyası Talibanla təcili danışıqlara başlamaq fikrindədir.

Bu günlərdə Pakistanda keçirilən seçkilərdə bu əyalətdə səslərin çoxunu “Təhriki insaf” partiyası qazanıb və onun yerli assambleyaya rəhbərlik edəcəyi gözlənilir.
Partiyanın regional lideri Asad Qaisar AzadlıqRadiosuna müsahibəsində bildirib ki, İmran Khan Talibanı danışıqlara çağırıb.

“Təhriki insaf” partiyasının digər 2 partiya ilə koalisiyaya girmək fikrində olduğu bildirilir.
Ümumilikdə isə bu partiya ölkədə keçirilən seçkilərdə 3-cü olub.

Ötən şənbə keçirilən parlament seçkilərində keçmiş baş nazir Nawaz Sharifin “Pakistan müsəlman liqası” partiyası qalib gəlib.
XS
SM
MD
LG