Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35
-
Baş həkimlə mübahisə edən Naxçıvan sakini Oruc Salahov mayın 15-də Şərur rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.

Bu barədə AzadlıqRadiosuna onun qardaşı Zülal Salahov məlumat verib:

«Qardaşım bu ilin martında hamilə yoldaşına arayış almaq üçün Şərur xəstəxanasına getmişdi. Xəstəxananın baş həkimi Aftandil Məmmədli arayış üçün ondan 20 manat istəyib. O, bu pulu vermək istəməyib. Aralarında mübahisə yaranıb, əlbəyaxa olublar. Qardaşım həkimə deyib ki, bir il qabaq da rüşvət vermədim deyə, 3 yaşlı oğluma baxmadınız, öldü. Bu gün məhkəmədə qardaşım da, mən də - bütün yaxınlarımız hamısı baş həkimdən üzr istədik. Aftandil müəllim də dedi ki, o, Orucu bağışlayır. Amma bundan sonra hakim onun 4 il azadlıqdan məhrum olunması haqda hökm oxudu».

Zülal Salahov şikayət üçün paytaxt Bakıya gəlməyə hazırlaşdıqlarını deyir:

«Belə şey olar? Biz üzr istəyiriksə, şikayətçi də bağışlayırsa, bu nə deməkdir? Qardaşımın bir uşağı ötən il həkimlərin səhvi üzündən ölüb. 25 gün əvvəl uşağı olub, onun üzünü ilk dəfə bu gün məhkəmədə gördü. Biz Bakıya qanun axtarmağa gələcəyik».

Bu ilin martın 12-də Şərur rayon Xəstəxanasının baş həkimi ilə mübahisədən sonra saxlanan Oruc Salahov barəsində Cinayət Məcəlləsinin 315.1 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiqetmə) maddəsi ilə cinayət işi açılmışdı.

Şərhləri göstər

XS
SM
MD
LG