Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41

Keçmiş CAİ rəsmisi ABŞ diplomatının casus olmasını şübhə altında qoyub


Foto arxiv

Foto arxiv

“ABŞ diplomatının Rusiya zabitini ələ almağa cəhddə şübhəli bilinməsi ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılması cəhdlkərinə kəmək eləmir”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dimitry Peskov bu gün bəyan edib.

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol (Michael McFaul) bu gün Rusiyanın xarici işlər nazirliyində olub.
Amma səfir məsələni şərh etməkdən boyun qaçırıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə Arktika şurasının İsveçdə keçirilən iclası çərçivəsində bu gün ABB Dövlət katibi John Kerry ilə görüşüb.
Amma Lavrov görüşdə bu məsələyə toxunulmadığını deyir.

ABŞ səfirliyinin əməkdaşı Ryan Christopher Fogle çərşənbə axşamına keçən gecə saxlanıb.
Rusiya Dövlət televiziyasının göstərdiyi kadrlarda onun üstündən kompas, Moskvanın xəritəsi, əməkdaşlıq üçün 1 milyon dollar təklif olunan məktub, zahiri görnüşü dəyişmək üçün 2 parik və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə elektron poçtla əlaqə yaratmaq üçün təlimat çıxdığı bəlli olur.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməliyyat rəhbəri Robert Baer CNN-ə müsahibəsində Rusiyanın ittihamını şübhə altında qoyub:

"Bu Mərkəzi Kəşfiyyat İdarəsinin işi deyil.
Mərkəzi Kəşfiyyat İdarəsi perespektiv agentlər ətrafında məktub gəzdirmir, Onlar parik gəzdirmir, elektron poçtdan istifadıə etmir və küncdə dayanıb bunu kimi əlaqə gözləmir".
Baer hesab edir ki, bunu ola bilsin ki, Rusiyanın xüsusi xidməti quraşdırıb.

Christoper Fogle sorğu-sualdan sonra ABŞ səfirliyinə təhvil verilib və arzuolunmaz şəxs elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG