Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45
-

Təhsil Nazirliyi və Baş Prokurorluq iki gün öncə mayın 15-də Sumqayıt şəhər 17 saylı orta məktəbdə baş verən şagird ölümü ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, vəfat edən 11-ci sinif şagirdi Azad İlyasov da daxil olmaqla, digər siniflərdən 20 şagird dərsə gecikdiklərindən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev cəza tədbiri kimi onlara məktəbin stadionunda qaçmaq göstərişi verib.

Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında «hipotrofik-kordimiopatiya» diaqnozu ilə qeydiyyatda olan A. İlyasov həmin göstərişi yerinə yetirərək stadionda bir neçə dövrə vurduqdan sonra yıxılıb və ilkin tibbi yardım nəticə verməyib.

Aparılan ilkin araşdırmaların nəticələrinə görə, adıçəkilən təhsil müəssisəsində tədris prosesi təhsil və inkişafın sağlam prinsipləri əsasında qurulmayıb. Buna görə də Təhsil Nazirinin əmrinə əsasən məktəb direktoru Nargilə Səfərova və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev tutduqları vəzifədən azad olunublar.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Azad İlyasovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG