Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:14

Qeyri-sabit hava şəraiti gözlənilir


Növbəti 2-3 gün ərzində Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacaq.

Mayın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, şimşək çaxacağı, səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 13-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində mayın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
XS
SM
MD
LG