Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:23
-

İsveçin Malmö şəhərində «Eurovision 2013» mahnı müsabiqəsi start götürüb.

Mayın 14-də keçirilən birinci yarımfinalda Avstriya, Estoniya, Sloveniya, Xorvatiya, Danimarka, Rusiya, Ukrayna, Niderland, Monteneqro, Litva, Belarus, Moldova, İrlandiya, Kipr, Belçika və Serbiya ifaçıları yarışıb.

İtv.az-ın məlumatına görə, Səsvermə nəticəsində 10 qalib müəyyən edilib:

Moldova, Litva, İrlandiya, Estoniya, Belarus, Danimarka, Rusiya, Belçika, Ukrayna, Niderland.

Müsabiqənin birinci yarımfinalı dünyanın 50-yə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb.

«Eurovision 2013»ün ikinci yarımfinalı mayın 16-da keçiriləcək, Azərbaycan təmsilçisi Fərid Məmmədov da həmin gün 4-cü səhnəyə çıxacaq. 21 yaşlı müğənni yunan bəstəkar Dimitrios Kontopoulos-un «Hold me» mahnısı ilə çıxış edəcək. Mahnı bir sevgi balladasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG