Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:11

«Neftçi» 8-ci çempionluğunu bayram edir


Ötən gün Azərbaycan Premyer Liqasının 31-ci turunun növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, «Qəbələ»nin qonağı olan «Neftçi» ardıcıl 3-cü, ümumilikdə 8-ci çempionluğunu bayram edib.

Belə ki, 13-cü dəqiqədə Rəşad Sadiqov «neftçilər»i hesabda önə çıxarıb. 31-ci dəqiqədə «Qəbələ»nin futbolçusu «Neftçi»nin qapısına təyin edilən penalti zərbəsindən yararlana bilməyib. Lakin Yannik Kamanan 72-ci dəqiqədə bakılıların qapısına yol tapa bilib (1:1).

Bu hesab «Neftçi»yə əvvəlcədən çempionluğunu elan etməyə imkan verib.
Digər görüşlər isə belə başa çatıb:
«Rəvan» - AZAL - 3:5
«Qarabağ» - «Bakı» - 3:1
«Simurq» - «İnter» - 1:0
XS
SM
MD
LG