Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:32

İlham Əliyev BAEA-nin direktoru Yukiya Amano ilə görüşüb


İlham Əliyev
İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev bu gün Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşüb.

APA-nın məlumatına görə, Yukiya Amano Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, onun nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu bildirib.

Prezident İlham Əliyev isə nüvə təhlükəsizliyinin təkcə Azərbaycan üçün yox, region və bütün dünya üçün mühüm əhəmiyyət kəsb etdiyini və Ermənistandakı Atom Elektrik Stansiyasının fəaliyyətinin bu baxımdan narahatlıq doğurduğunu bildirib.
XS
SM
MD
LG