Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:01

E.Məmmədyarov dondurulmuş münaqişələri həll etməyə çağırıb


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu gün Vyanada ATƏTin daimi şurasının iclasında çıxışı olub.

O Dağlıq Qarabağ da daxil olmaqla dondurulmuş münaqişələrin ATƏT çərçivəsində geniş müzakirə etməyə çağırıb.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinin mümkünlüyünün hələ ki, tükənmədiyini bildirib.
O Minsk qrupu formatında danışıqların daha da fəallaşdırılmasının vacibliyini vurğulayıb.

ATƏT-in Azərbaycanda fəaliyyətinə toxunan Elmar Məmmədyarov həmçinin bildirib ki, Rəsmi Bakı ölkədə keçiriləcək bnövbəti prezident seçkilərini izləmək üçün ATƏT-in öhtəlikləri çərçivəsində ölkəyə beynəlxalq müşahidəçilər qrupu dəvət etmək fikrindədir.

Nazir həmçinin bildirib ki, Rəsmi Bakı Təşkilatın Azərbaycandakı statusuna yenidən baxmaq fikrindədir və onun fəaliyyəti layihə koordinatorluğuna yönəldilə bilər.
XS
SM
MD
LG