Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:40

Bakıda keçiriləcək neft-qaz konfransı media üçün qapalı olacaq


Mayın 17-də Bakıda Xəzər regionu Neft və Qaz sahəsində çətinliklər və tendensiyalar adlı konfrans keçiriləcək.
Konfransda Xəzər regionunda neft və qaz şirkətlərinin vəziyyəti, üzləşdikləri problemlərlə bağlı məsələlər müzakirə və təhlili nəzərdə tutulub.

Konfransın ilkin gündəliyində neft və qaz bazarında qlobal tələb və təklif: "neft hasilatının pik dövrü" hələ çatmayıb, brent markalı neftin qiymət limitinin minimal kənarlaşma ilə 100 ABŞ dollarından yuxarı səviyyədə qalmasına dair proqnoz, qeyri-ənənəvi qazma üsulu ilə çıxarılan neft və qaza dair proqnozlar və digər ictimaiyyət üçün əhəmiyyətli mövzular müzakirə olunacaq.
Bundan başqa Azərbaycan Dövlət Neft Şirkəti, BP, Total və Statoil qlobal neft və qaz bazarında Xəzər regionu mövzusunda çıxış edəcəklər.

Martın 8-də konfransın təşkilatçılarında Ernst & Young şirkətinin Azərbaycan nümayəndəliyi medanın bu konfransda iştiraka dəvət etmişdi.
Amma bu gün - mayın 14-də şirkət konfransın media üçün qapalı olacağı barədə xəbər yaydı. Səbəb kimi konfrans iştirakçıların sayının çoxluğu və yerlərin məhdudluğu göstərilir.

Konfrans Four Seasons otelində səhər saat 10-dan axşam 18-ə kimi davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG