Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:04
Gürcüstan hökuməti 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsini araşdırmaq üçün xüsusi istintaq qrupu yaradıb.
Baş prokuror Archil Kbilashvili bu gün jurnaistlərə bildirib ki, onun ofisi və hərbi polisin əməkdaşlarından yaradılan 8 nəfərlik qrup müharibə vaxtı və ondan sonrakı mümkün cinayətləri araşdıracaq.

Baş nazir Bidzina İvanishvili ötən ay bəyan etmişdi ki, prezident Mikheil Saakashvili bununla bağlı dindirilə bilər.

Moskva bu qısa müharibədən sonra Gürcüstanın separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

Ötən ilin oktyabrındakı seçkidən sonra hakimiyyətə gələn İvanishvili hökuməti Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG