Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:44

Rusiya amerikalı agentin saxlandığını deyir


Moskvada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti saxlanıb.
O Rusiya xüsusi xidmət idarəsinin əməkdaşını ələ almağa cəhddə şübhəli bilinir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti agentliklərə bildirib ki, Fogl Rain Christopher ABŞ səfirilindəki siyasi şöbənin 3-cü katibi vəzifəsində çalışır.

Saxlanarkən ondan xüsusi texniki vasitələr, ələ alınacaq adam üçün yazılı təlimat, böyük məbləğdə pul və zahiri görnüşü dəyişmək üçün vasitələr aşkar edilib.

O Federal Təhlükəsizlik Xidmətində lazımi prosedurdan keçdikdən sonra Rusiyadakı ABŞ səfirliyinin rəsmi nümayəndəsinə təhvil verilib.
XS
SM
MD
LG