Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:28

Ölümə məhkum edilən alim özünü necə müdafiə etdi?


"Sokratın müdafiəsi"

"Sokratın müdafiəsi"

-

“Qanun” nəşriyyatı “Sokratın müdafiəsi” kitabını Azərbaycan dilində çap edib.

Fəlsəfədən başqa bir işlə məşğul olmayan, son dərəcə sadə bir insan kimi tanınan qədim yunan filosofu, məşhur alim Sokrat, yaşadığı dövrdə gənclərə böyük təsir göstərib.

Bundan narahat olan həmin dövrün hegemonları Sokratı, tanrılara inanmamaq və gənclərin əxlaqını pozmaqda günahlandırırdılar. E.ə. 399-cu ildə, yetmiş yaşında ikən bu iddialar əsasında mühakimə olunan Sokrat edama məhkum edilir.

Heç bir yazılı əsəri olmayan Sokratın həyatı və fikirləri, öz dövründəki alimlər, həmçinin şagirdləri tərəfindən gələcək nəsillərə ötürülüb. Platonun qələmə aldığı “Sokratın müdafiəsi” də bunlardan biridir. Platon “Sokratın müdafiəsi”ndə məhkəmə zamanı Sokratın öz fikirlərini necə müdafiə etdiyini göstərib.

Türkiyə türkcəsindən Emin Əliyev çevirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG