Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:05

Dan Brown-un yeni romanı satışa çıxır - 4 milyon tirajla


Dan Brown
Dan Brown
-

Populyar Amerika yazıçısı Dan Brown-un mayın 14-də satışa çıxarılan yeni romanı – “Cəhənnəm”in bu ilin ən çox satılacaq romanı olacağı gözlənilir.

Bu proqnozu verənlər amazon.com-da kitabın, çapdan əvvəlki sifariş göstəricisi üzrə birinciliyə yüksəldiyinə əsaslanırlar.

Romandakı hadisələr 13-cü əsrdə Florensiyada baş verir və dahi italyan şairi Dantenin “İlahi komediya”sının süjeti ilə kəsişir.

“İlahi komediya”nın qəhrəmanı bir-bir cəhənnəmin qatlarına enir…

Dan Brown-un yeni romanındakı baş qəhrəman – Harvard Universitetinin professoru Robert Lenqdon yazıçının bundan əvvəlki bestseller kitablarının “Da Vinçi kodu”, “Mələklər və iblislər”in də əsas personajı olub.

Professorun bu dəfə açmaq istədiyi sirr nə olacaq?

Romanın süjeti satışa qədər gizli saxlanıb.

“Cəhənnəm” 4 milyonluq tirajla çıxır.

Brown-un “İtirilmiş rəmz” romanı 2009-cu ildə ilk həftədə yarım milyon nüsxə satılmışdı.
XS
SM
MD
LG