Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

Temperatur 30 dərəcəyə yüksəlir


Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Bildirilir ki, rayonlarda da sabah hava şəraiti gündüz əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG