Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:30

Amnistiya aktının icrasına start verilir


Milli Məclisin «Amnistiya haqqında» qərarı 9 min məhbusa şamil olunacaq. Cərimə, islah, azadlıqdan məhrum etmə, şərti və digər cəzalara məhkum olunan məhbusların hazırda işlərinə baxılır. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna verilən məlumata görə, Amnistiya Aktı gələn həftədən icra olunacaq.
İlkin mərhələdə cəzasının bitməsinə az qalan məhbuslar azad olunacaqlar.

Bununla bağlı mayın 13-də Penitensiar qurumları rəhbərlərinin və Bakı Şəhər Prokurorluğu nümayəndəsinin iştirakı ilə Amnistiya qərarının icrasına hazırlıqla bağlı müşavirə keçirilib.

Penitensiar xidmətin rəisi Mədət Quliyev Heydər Əliyevin 90 illik yubileyi münasibətilə parlamentin elan etdiyi Amnistiya qərarının icrası ilə bağlı xüsusi komissiya yaradıldığını bildirib.

Bakı Şəhər Prokurorluğunun İttihamnamə şöbəsinin rəis müavini Yusif Səməndərov amnistiya qərarının icrası ilə bağlı xüsusi hazırlıq işləri görüldüyünü və prokurorluq işçilərinin bu işdə cəzanı icra edən orqanla birgə əməkdaşlığa hazır olduqlarını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG