Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:49

«Avtomobil yolları haqqında» qanuna dəyişikliklər müzakirə edilib


Mayın 14-də Milli Məclisdə «Avtomobil yolları haqqında» qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Dəyişikliklər barədə iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi Nəqliyyat Nazirliyinin mütəxəssislərinin iştirakı ilə komitədə ciddi müzakirə edilib.

Deputat Əli Məsimli ödənişli yolların Avropada və Amerikada geniş yayıldığını diqqətə çəkib. Deputata ABŞ-da ödənişli yolların istifadəsinin 50 sentdən 15 dollara qədər olduğunu bildirib və Azərbaycanda bunun nəzərə alınmasını təklif edib:

«Azərbaycanda inkişaf səviyyəsi və əhalinin gəlirlərini nəzərə alsaq, bu qiymət daha da aşağı olmalıdır».

Fərəc Quliyevsə çıxışında yolların tez-tez sökülməsinə etiraz edib:

«Cənubi Qafqazda ən çox yollar Azərbaycanda çəkilir. Amma yollar çəkiləndən bir müddət sonra sökülür, kanalizasiya və digər infrastruktur çəkilir. Beləliklə də, dövlət vəsaiti israf olunur».

Layihəyə əsasən, ödənişli avtomobil yollarının yaradılması dövlət büdcəsinin, yerli və xarici investorların vəsaitləri hesabına maliyyələşdirilə bilər.

Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG