Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:32

XİN İrandan ölkə vətəndaşlarının saxlanılmasına dair izahat gözləyir


Rəsmi Bakı İran tərəfindən Azərbaycan vətəndaşlarının bu ölkədə saxlanılması səbəbləri barədə ətraflı izahat gözləyir. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib:

«Hələlik İran tərəfi yalnız vətəndaşlarımızı qanunsuz fəaliyyətə görə ittiham edib, lakin fəaliyyətlərinin nədən ibarət olduğunu dəqiqləşdirməyib».

Onun sözlərinə görə, Bakı üçün Azərbaycan vətəndaşlarının saxlanma şəraiti prioritet məsələdir. Abdullayev bildirib:

«Rəsmi Bakı Azərbaycanın Təbrizdəki konsulunun qısa müddət ərzində vətəndaşlarımızila görüşə bilməsi üzərində işləyir. Görüşdə məqsəd, birinci növbədə, biri qadın olan vətəndaşlarımızın saxlanma şəraiti ilə tanış olmaqdır».

Onun sözlərinə görə, rəsmi Bakı xalqlar arasında mehriban qonşuluq münasibətləri və mövcud əlaqələri nəzərə alaraq, ümid edir ki, İran tərəfi görüşü təşkil edəcək və yaranmış vəziyyətlə əlaqədar bütün zəruri izahatları verəcək.

Aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.
XS
SM
MD
LG