Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:14

«İlham Əliyev seçilməsə, Mehriban Əliyeva seçiləcək»


Mətbuat icmalı
Mətbuat icmalı
-

«MÜXALİFƏTİN QATARI ÇOXDAN GEDİB»

«Müxalifət anlamalıdır ki, onların qatarı gedib». «Yeni Azərbaycan» qəzeti bu fikirlərin YAP icra katibinin müavini Mübariz Qurbanlıya məxsus olduğunu yazır.

«... onların hay-küyünə heç kim inanmır və onların da arxasınca heç kim getməyəcək».
Mübariz Qurbanlı Milli Şura ilə bağlı da fikirlər bildirib:

«Biz niyə narahat olmalıyıq ki, kimlərsə birləşib hansısa ad altında nəsə quracaqlar. Qursunlar, yaratsınlar, seçkilərə də gəlsinlər, biz azad və demokratik ölkəyik və seçkilərdə də onlara sübut edəcəyik ki, biz onlardan qat-qat üstünük, cəmiyyət də prezident İlham Əliyevin xəttini müdafiə edir», deyə mübariz Qurbanlı bildirib.

MƏRKƏZİ BANKA NƏ İSƏ OLUB?

«Bizim yol» yazır ki, Mərkəzi Bank uzun müddətdir normal işləyən tək-tük dövlət qurumlarından biri olub. Vaxtlı-vaxtında statistik məlumatları yerləşdirib, mətbuata açıq olub. İndi təəssüf ki, bunun əksini görürük. Bank mətbuatın üzünə qapılarını bağlayıb, nə sorğulara cavab verir, nə TV kanalların dəvətinə razılıq verir. Məlumatları yaymağı isə 2013-cü ildən saxlayıb». Qəzet yazır ki, «Mərkəzi Bank bununla da onun fəaliyyətini tənzimləyən «Mərkəzi Bank haqqında» qanunun 64-cü maddəsinin tələblərini pozur. Həmin maddədə qeyd olunur ki, Mərkəzi Bank ayda bir dəfədən az olmayaraq, pul və maliyyə bazarlarının vəziyyəti haqqında informasiya bülletenləri buraxır».

GƏNCLƏR İLHAM ƏLİYEVƏ «HƏ» DEYİR

«Azərbaycan» qəzeti yazır ki, «Gənclər prezident İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər». Qəzet belə bir qərarın Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın iclasında qəbul edildiyini qeyd edir:

«Azərbaycan gənclərinin tam əksəriyyəti bu siyasətin arxasındadır və onu müdafiə edir... Azərbaycan gəncliyi cənab İlham Əliyevin ətrafında sıx birləşərək ona səs verməklə öz gələcəyinə səs verəcəkdir».

61 MİNDƏN ÇOX GƏNC İŞ AXTARIR

«Exo» qəzeti Azərbaycanda 61 min 250 gəncin iş axtardığını yazır. Məsələni təhlil edən ekspertlər gənclər arasındakı işsizliyin keyfiyyətli təhsillə həll etməyin mümkün olduğunu bildiririr: «Ümumilikdə 245 min adam iş axtarır və bunlar işsiz hesab olunurlar».

«İLHAM ƏLİYEV SEÇİLMƏSƏ, MEHRİBAN ƏLİYEVA SEÇİLƏCƏK»

«Əgər İlham Əliyev seçilməsə, Mehriban Əliyeva seçiləcək». Bunu «Yeni Müsavat»a müsahibəsində YAP-ın qurucularından biri, sabiq deputat Əli Əlirzayev deyib.

«Mən başqa bir namizəd görmürəm, ayrı söhbət ola bilməz. Obyektiv olaraq Azərbaycan mühitini, seçicisini, vəziyyətini qiymətləndirərək deyirəm ki, bugünkü qüvvələr nisbətində, inkişaf səviyyəsində, həyat şəraitində bu nəticə olmalıdır. Başqa cür ola bilməz».

QARABAĞIN 80-Cİ İLLƏRDƏ HƏLL OLUNUBMUŞ TALEYİ

«Qarabağın taleyi hələ 80-ci illərdə SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin Strateji Araşdırmalar Departamentində həll edilmişdi». Bunu «Azadlıq» qəzetinə müsahibə verən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib:

«... Qarabağ tipli problemlər Rusiyaya gələcək üçün lazım idi. Qarabağ probleminin uzunmüddətli olması üçün Rusiya ətraf rayonları da işğal edərək, ordan əhalini çıxartmaq siyasətinə üstünlük verdi. Hətta Hitler işğal etdiyi ərazilərdən yerli əhalini çıxartmırdı».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG