Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:21

Prokuror Berlusconiyə 6 il həbs cəzası istəyir


Mərakeşli Karima El Marougla seks ittihamını araşdıran Milan prokurorluğu keçmiş baş nazir 76 yaşlı Berlusconiyə 6 il həbs cəzası və ictimai vəzifə tutmağı ömürlük qadağan etməyi istəyib.

Prokuror İlda Bocassini bunu bazar ertəsi məhkəmədə bildirib. Məhkəmə Berlusconinin baş nazir olanda vəzifədən sui-istifadə etməsi və həddi-buluğa çatmamış qızla seksual əlaqədə olması ittihamlarına baxır.

Ittihamın aid olduğu dövrdə Karimanın 17 yaşı yox idi.

Karima El Maroug və Berlusconi ittihamları rədd edir.
XS
SM
MD
LG