Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:21

9 May - Qələbə, yoxsa Avropa günü?


Ramin Hacılı
Ramin Hacılı
-
9 May ölkə miqyasında Qələbə Günü kimi qeyd olunsa da, onu Avropa Günü kimi keçirənlər də var.

Azərbaycan-Avropa Hərəkatı artıq son 3 ildir 9 May - Avropa Gününü bulvarda düzülüş etməklə keçirir.

«Flashmob»a qonaq olan Hərəkatın sədri Ramin Hacılı bu günün xüsusiliyindən danışır:

«İkinci Dünya müharibəsindən sonra Avropada qalib və məğlub ölkələr vardı. Almaniyaya sanksiyalar tətbiq olunmuşdu, kompensasiya ödəyirdi. Bu davranışlar məğlub ruhu aşılanmış millətin qürurunun inciməyinə səbəb olurdu və millətçilik güclənirdi. Avropa düşündü ki, biz elə bir yol tutmalıyıq ki, millətçilik, faşizm kimi problemlərlə qarşılaşmayaq, radikalizm olmasın. Bunun üçün qalib-məğlub olmaması, bərabərliyin olması vacibdir. İnsanlar, dövlətlər arasında hüquq və fürsət bərabərliyi varsa, o zaman insanlar öz yolunu seçəcək və öz üzərində işləyəcək».

Aygül Cəfərova
Aygül Cəfərova
Ramin Hacılının fikrincə, məhz bu dəyərləri aşıladığına görə Azərbaycanın bu günü qeyd etməsi vacibdir:
«Azərbaycana da məğlub ruh aşılanır, torpaqların işğalı tez-tez xatırladılır. Bunlar insanları radikallaşdırır, insanlarda aqressiyanı artırır. Biz düşünürük ki, qalib- məğlub ruhunun olmaması Azərbaycan vətəndaşları üçün vacibdir. Tədbir keçirərkən də heç kimə qarşı bir tədbir eləmirik, prinsipləri rəhbər tuturuq. Gənclər qisasçılıqla yaşamaqdansa, öz inkişafı barədə düşünməlidirlər, bunun üçün sülhə ehtiyacı var».

Ramin Hacılı deyir ki, əslində 9 May - Qələbə Günü qeyri-səmimi olan və xalqları əsarətdə saxlayan imperiyanın sırıdığı bir bayramdır.

Fəzilət Səmədova
Fəzilət Səmədova
Azərbaycan-Avropa Hərəkatının Baş katibi Aygül Cəfərova müharibə zamanı həyatını itirmiş insanların yad olunmasının tərəfdarıdır, amma:

«Qələbə olanda, məğlub ruh da olur. Bu gün baxsaq, qalib gələn tərəfin özündən razılığı, məğlubun isə məğlubluq kompleksi var. Biz bu hisslərdən qurtulmalıyıq».

«Avropa Günü insanları sülh ətrafında birləşdirir» - deyən «Dalğa» Gənclər Hərəkatının nümayəndəsi Fəzilət Səmədova isə bunu Avropaya inteqrasiya istiqamətində addım sayır.

Verilişi tam olaraq burdan dinlə:




Bakıda "Avropa günü" düzülüşü keçirildi
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
XS
SM
MD
LG