Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Baş Prokurorluqdan Elşad Abdullayevə təklif


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevə Azərbaycana gələrək cinayət işi üzrə ifadə verməsi təklif olunub.

Bu barədə E.Abdullayevin ifadəsinin alınıb-alınmaması ilə bağlı apa-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

O qeyd edib ki, cinayət işi üzrə ifadə verməsi ilə bağlı təklif Elşad Abdullayevə və onun nümayəndəsinə rəsmi qaydada çatdırılıb:

«Hazırda həmin işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir».

Elşad Abdullayevin yaydığı videogörüntülərlə əlaqədar tutulan sabiq deputat Gülər Əhmədova istintaqa ifadə verməkdən imtina edib. O, sabiq rektorun dindirilməyəcəyi təqdirdə istintaqa ifadə verməyəcəyini açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG