Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

Suriyalı nazir Erdoganı "qatil" adlandırır


Türkiyənin Reyhanlı şəhərciyində iki maşında bomba partlayışına görə Türkiyə ilə Suriya arasında qarşılıqlı ittihamlar davam edir.

Həmin partlayışlarda 46 adam ölüb, 100 adam yaralanıb.

Suriyanın informasiya naziri Omran Zubi Rusiya televiziyasına müsahibəsində bu hücumların təşkilinə görə Türkiyə hökumətini və baş nazir Erdoganı ittiham edib.
Zubi Erdoganı “qatil” adlandırıb.

Erdogan isə deyib ki, Türkiyə lazım gəlsə, bu hücumların intiqamını alacaq.
Türkiyə hücumlarda Suriya hakimiyyətinə yaxın yaraqlıları ittiham edir.
XS
SM
MD
LG