Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:57
-

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı sentyabrın ortalarında keçiriləcək.

Bu barədə APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib. Onun sözlərinə görə, qurultay növbəti dəfə təxirə salınmayacaq: “Qurultayın sentyabrda keçiriləcəyi dəqiqdir. Yaxın vaxtlarda AYB üzvlərinə yeni vəsiqələr veriləcək. Qurultaya nümayəndələr də yeni vəsiqələr əsasında seçiləcək”.

Qeyd edək ki, bundan əvvəl AYB dəfələrlə qurultayın vaxtını açıqlayıb, amma sonradan qurultay həmin vaxtda keçirilməyib.

Ə. Əsgəroğlu deyib ki, ölkə prezidentinin bir illik xüsusi təqaüdünü 2013-2014-cü illərdə alacaq namizədlərin siyahısı da artıq hazırdır. Bu il də təqaüd 50-si yaşlı, 20-si cavan olmaqla 70 nəfərə veriləcək.

Qeyd edək ki, prezidentin xüsusi təqaüdü 2007-ci ildən yaradıcılıq təşkilatlarında işləyən şəxslərin yaradıcılığını stimullaşdırmaq üçün verilir. Hər il AYB-nin yaşlı üzvlərindən 50-si bir il ərzində hər ay 300 manat, 20 gənc üzvü isə ayda 200 manat olmaqla prezidentin xüsusi təqaüdünə layiq görülür.

AYB-nin sonuncu qurultayı 2004-cü ilin mayında olub. Nizamnaməyə əsasən, qurultay 5 ildən bir keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG