Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Türkiyə Suriyanı intiqamla hədələyir


Türkiyənin Suriya ilə sərhəddindəki şəhərcikdə iki maşına qoyulmuş bombaların partlamağı ilə 46 adamın ölməyində Türkiyə və Suriya bir-birlərini ittiham edirlər.

Türkiyə bildirir ki, Suriya kəşfiyyatı ilə əlaqəli 9 Türkiyə vətəndaşı həbs olunub. Onlar şənbə günü baş verən partlayışlarda əli olmalarını boyunlarına alıblar.

Suriya hakimiyyəti isə partlayışlarla əlaqəsi olmağını inkar edir və Türkiyənin baş naziri Erdoganı istefaya çağırır. Suriya bildirir ki, Erdogan türklərin və suriyalıların qanı üstündə rifah qurmaq istəyir. Erdogan isə deyib ki, Türkiyə bunun əvəzini çıxacaq, ancaq Suriyada vətəndaş müharibəısinə qarışmayacaq.
XS
SM
MD
LG