Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Əsərdə real obrazlarla (Elçibəy, Ərdoğan, Elif Şafak, Nəcəf Nəcəfov, İsaxan Aşurov və s.) bağlı oxucuya bəlli olmayan səhnələr, tarixi hadisələr əks etdirilir.

-

Jurnalist Arif Əliyevin “Son çağrı” kitabı nəşr olunub. Roman-reportaj janrında yazılan kitabın qiyməti 5 manat, sifarişlə isə 4 manatdır.

Əsərdə real obrazlarla (Elçibəy, Ərdoğan, Elif Şafak, Nəcəf Nəcəfov, İsaxan Aşurov və s.) bağlı oxucuya bəlli olmayan səhnələr, tarixi hadisələr əks etdirilir.

“Son çağrı”nın annotasiyasından:

"Bu tarixçədə keçmiş bugünə, bəlkə, daha çox gələcəyə qarışıb; gerçəklik – əlçatmaz görünən, son nəticədə isə ondan da güclü reallığa çevrilən arzuya; məntiq – hadisələrin ağlasığmaz axınına, az qala mistikaya; məhəbbət – ikraha, bəzən hətta nifrətə. Həyatda da belədir, onun dadı-duzu büsbütün bu həlməşiyin qatqıları arasındakı nisbətdən asılıdır".

"Yeni nəsil" Jurnalistlər Birliyinin sədri olan Arif Əliyevin indiyəcən qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, o, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir.

Modern.az, Mediaforum

Şərhləri göstər

XS
SM
MD
LG