Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:50

Sabah qısamüddətli yağış yağacağı gözlənilir


Mayın 14-15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mayın 14-də səhər yarımadanın bəzi yerlərinə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim-cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-25 dərəcə isti, mayın 15-də isə bəzi yerlərdə 28 dərəcəyədək isti olacağı gözlənilir.

Mayın 14-də Azərbaycanın rayonlarında da gecə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim-şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

Mayın 15-də də bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti gözlənilir.
XS
SM
MD
LG