Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:23

Prokuror baş nazirin müavininin sabiq köməkçisinə 7 il iş istəyir


Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini Elçin Əfəndiyevin sabiq köməkçisi Vaqif Hüseyn barəsində cinayət işi üzrə məhkəmə keçirilib. Onun adı fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı, oğurlandığı iddia olunan Mahir Abdullayevin işində hallanır.

Trend-in məlumatına görə, prokuror Vaqif Hüseynin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə mayın 22-də davam edəcək.

Bir qədər əvvəl Baş Prokurorluğun yaydığı məlumatda deyilirdi ki, rektor Elşad Abdullayev ABU-da aşkarlanmış nöqsanlara görə universitetin fəaliyyətinin davam etdirilməsi üçün hər-hansı vəzifəli şəxsə külli miqdarda rüşvət vermək niyyətində olub və rüşvət vermədə vasitəçi axtarıb. Onun bu niyyətindən xəbər tutan Vaqif Hüseynin vasitəçi kimi rüşvətin müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi haqda vədlər verməklə, Elşad Abdullayevdən 1.000.000 dollar alaraq onu aldatdığı iddia edilir.

Vaqif Hüseyn barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb. O, istintaqa bildirib ki, Elşad Abdullayevin təzyiqlərindən sonra 2010-cu ilin aprelində ümumilikdə 600.000 ABŞ dolları qaytarıb, 2011-ci ildə isə Kipr Türk Respublikasında yaşayan oğlu Rəşad Hüseynə məxsus 465.000 dollar dəyərində ticarət obyektini Abdullayevin adına rəsmiləşdirib.

Baş Prokurorluğun məlumatına görə, həmin pul korrupsiya cinayətinin predmeti olduğundan Elşad Abdullayev zərər çəkmiş şəxs qismində tanınmayıb, onun barəsində rüşvət verməyə cəhd faktı üzrə CM-in 29, 312.2-ci maddəsi ilə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG