Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:24
-

Bazar gün Pakistanda keçirilən seçkidə birinci olan,keçmiş baş naziri Nawaz Sharif tərəfdaşları ilə yeni hökumət yaradılmasının müzakirəsinə başlayıb.

Parlament seçkilərinin ilkin nəticələri onun tərəfdarlarının 342 nəfərlik parlamentdə kifayət qədər yer qazandığını göstərir.

Analitiklərin fikrincə N. Sharif-in bitərəf deputatlarla koalisiya yaratmaq ehtimalı böyükdür.

Seçkinin ikincisi tanınmış kriket oyunçusu İmran Khan-ın «Təhriki İnsaf» partiyasıdır. Prezident Asif Ali Zardari-nin rəhbərlik etdiyi «Pakistan xalq partiyası» isə məğlub olub.

Navaz Sharif Lahorda çıxış edərkən ölkədəki problemləri həll etmək üçün bütün siyasi qüvvələri əməkdaşlığa çağırıb.

Ölkədə zorakılıqların davam etməsinə baxmayaraq, seçkilərdə 60 faizə yaxın seçici iştirak edib.

Seçki günü hücumlarda 20-yə yaxın adam ölüb.

ABŞ prezidenti Barack Obama bildirib ki, Pakistanın yeni administrasiyası ilə «bərabər hüquqlu partnyor»lar kimi işləməyə hazırdırlar.

Bu, Pakistanda ilk demokratik seçkidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG