Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:31

Türkiyə və Suriyadan qarşılıqlı ittihamlar


Reyhanlı
Reyhanlı
-

Şənbə günü Türkiyə ilə Suriya sərhədində 46 adamın ölümü ilə nəticələnən partlayışlardan sonra iki ölkə bir-birilərini ittiham etməkdə davam edir. Türkiyə rəsmiləri bildirir ki, Suriya təhlükəsizlik xidməti ilə əlaqəli 9 vətəndaşı həbs edib. Və saxlananlar hücumlarda iştirak etdiklərini etiraf ediblər.

Partlayışlar Türkiyənin Suriya ilə həmsərhəd Reyhanlı şəhərində baş verib.

Suriya rejimi hücumlarla əlaqəsinin olduğunu inkar edib və Türkiyə baş naziri Recep Tayyip Erdoganı istefa verməyə çağırıb. Dəməşq hökuməti bildirib ki, o, türklər və suriyalılar arasında qan bahasına şöhrət qazanmaq istəyir.

İstanbulda çıxış edən Erdogan isə Suriyadakı vətəndaş müharibəsinə sürüklənmələrinə müqavimət göstərəcəklərini, ancaq hücumlara görə məsuliyyət daşıyanların cəzasız qalmayacağını deyib.

Türkiyə Suriya üsyançılarını müdafiə edir və Bashar al-Assad hökumətini istefaya çağırır.
XS
SM
MD
LG