Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:00
-
Mayın 12-də Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun 75 yaşı tamam olur.
O Azərbaycana cəmi iki il başçılıq edə bilib.

1992-ci il Xocalı hadisələrindən bir neçə gün sonra - martın 6-da istefa verməli olub.
Təxminən iki ay sonra - mayın 14-də yenidən vəzifəsinə qayıdıb.
Amma ertəsi gün kütləvi narazılıqların artdığını görən Ayaz Mütəllibov hakimiyyətdən birdəfəlik gedib. Az sonrasa ölkəni tərk edib.
Eks-prezident bundan sonrakı 19 ili Rusiyada yaşamalı olub. Onun haqqında Xocalı hadisələri ilə bağlı cinayət işi açılıb.
Həmin müddətdə Mütəllibov Azərbaycana cəmi bir dəfə oğlu vəfat etdikdən sonra prezident İlham Əliyevin xüsusi icazəsi ilə gəlib.
Bir il sonra - 2012-ci ilin iyununda Azərbaycanda sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib. Bununla da Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edib.
Bakıya qayıtdıqdan sonra o, Sosial Demokrat Partiyasının həmsədriliyindən və siyasətdən getdiyini bəyan edib.
O hazırda Bakının mərkəzində hökumətin verdiyi mənzildə ailəsi ilə bərabər yaşayır. Qanunla ona mühafizə, avtomobil və təqaüd ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG