Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:36

Türkiyə rəsmisi terrorda Suriya rejimini günahlandırıb


Türkiyədə bomba partlayışında 40 nəfər həlak olub
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Türkiyədə bomba partlayışında 40 nəfər həlak olub

Türkiyənin Reyhanlı şəhərində törədilən terror hücumunun arxasında Suriya rejimi durur.

Bunu Türkiyənin daxili işlər naziri Muammer Guler bu gün Reyhanlıda keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki,bu hücumu Suriyanın “Əl Muhaberat” kəşfiyyat agentliyi ilə birbaşa əlaqəsi olan, adları və fəaliyyəti onlara bəlli olan qrup törədib.
Nazir bu işdə şübhəli bilinən 9 nəfərin saxlandığını və onlardan bir neçəsinin birbaşa bu terrorun təşkilində iştirak etdiklərini bildirib.

Dünən Reyhanlıda törədilən iki partlayışda 43 nəfər ölüb, onlarla adam yaralanıb.
Suriya sərhəddinin yaxınlığında yerləşən bu şəhərdə hazırda minlərlə suriyalı qaçqın yaşayaır.

Suriya münaqişəsində üsyançıların tərəfini saxlayan Türkiyə hakimiyyəti dəfələrlə Bashar Assad rejimini kəskin pisləyib.

BMT-nin baş katibi Ban Kİ Moon və ABŞ Dövlət katibi John Kerri bu terror aktını kəskin pisləyiblər.
XS
SM
MD
LG