Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:07

Muammer Guler: "Reyhanlıdakı terrorun arxasında Suriya kəşfiyyatı durur"


Türkiyədə terror
Türkiyədə terror
Türkiyənin Reyhanlı şəhərində törədilən terrorrun arxasında Suriya rejimi durur.

Bunu Türkiyənin daxili işlər naziri Muammer Guler bu gün Reyhanlıda keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki,bu hücumu Suriyanın “Əl Muhaberat” kəşfiyyat agentliyi ilə birbaşa əlaqəsi olan, adları və fəaliyyəti onlara bəlli olan qrup törədib.
Nazir bu işdə şübhəli bilinən 9 nəfərin saxlandığını və onlardan bir neçəsinin birbaşa bu terrorun təşkilində iştirak etdiklərini bildirib.

Dünən Reyhanlıda törədilən iki partlayışda 43 nəfər ölüb, onlarla adam yaralanıb.
Suriya sərhəddinin yaxınlığında yerləşən bu şəhərdə hazırda minlərlə suriyalı qaçqın yaşayaır.

Suriya münaqişəsində üsyançıların tərəfini saxlayan Türkiyə hakimiyyəti dəfələrlə Bashar Assad rejimini kəskin pisləyib.

BMT-nin baş katibi Ban Kİ Moon və ABŞ Dövlət katibi John Kerri bu terror aktını kəskin pisləyiblər.
XS
SM
MD
LG